Cavanşir Feyziyevin firması cərimələndibackend

Cavanşir Feyziyevin firması cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı Seçki Dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevə məxsus “Avromed Company” gömrük qaydalarını pozduğu üçün cərimələnib.

Tribunainfo.az xəbər verir ki, ölkənin tanınmış dərman firmalarından olan “Avromed” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Avromed”lə bağlı iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 26 avqust tarixində hakim Mətanət Hacıyevanın sədrliyi ilə işə baxılacaq.

Roman