Deputat Cavanşir Feyziyevə məxsus “Dokta” apteklərdə reseptsiz satılması qadağan olan dərman preparatları satıldığı üçün cərimələnib.
Tribunainfo.az xəbər verir ki, “Dokta” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub. Belə ki, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə sözügedən aptek yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
İşə 29 may tarixində Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, bu, “Dokta” apteklərin ilk cərimələnməsi deyil.
Nigar