Cavanşir Feyziyevin dərman firması yenə cərimələndibackend

Cavanşir Feyziyevin dərman firması yenə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Cavanşir Feyziyevə məxsus dərman firması olan “Avromed Company” haqqında növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, dəfələrlə inzibati qaydada cərimələnən dərman firması bu dəfə də gömrük qaydalarını pozub. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozan “Avromed Conpany”nini bu qayda pozuntusuna görə cərimə gözləyir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Avromed”lə bağlı işə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar