Deputat Cavanşir Feyziyevə məxsus “Buta Farm” MMC cərimələnib.
Tribunainfo.az xəbər verir ki, “Buta Farm” İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 602.1-ci bəndini pozub. Tələbi pozulan maddəyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Buta Farm”ın işinə 3 may tarixində Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman