Cavanşir Abbaslı: “Köçəryan və Sarkisyanın adamları Kremlin tapşırıqlarını yerinə yetirirlər”

Cavanşir Abbaslı: “Köçəryan və Sarkisyanın adamları Kremlin tapşırıqlarını yerinə yetirirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Edurard Şarmazanov deyib: “Vaxt var idi Qarabağ erməniləri Azərbaycanın göndərdiyi ərzaqdan imtina edirdi. İndi Paşinyan tərəfdarları Azərbaycan üzərindən taxıl ddaşınmasını bayram edirlər”.

O bildirib ki, əgər bu gün buğda gəlirsə, sabah qaz və benzin gələcək. “Ertəsi gün isə azərbaycanlılar Ermənistana gələcək”.

Şarmazanovun çıxışını şərh edən Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı Tribunainfo.az-a açıqlama verib.

Siyasətçinin sözlərinə görə, bu açıqlama təsadüfi deyil. Ermənistan dakı revanşist qüvvələr artıq ciddi şəkildə narahat olmağa başlayıblar. Həmin qüvvələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasına qarşı çıxırdılar. Onlar istəmirlər ki, iki Qafqaz xalqı arasında barışıq əldə olunsun. Təbii ki, burada Rusiya faktoru da var. İstər keçmiş prezidentlər, Köçəryan, Sarkisyan və digər bu şəxslərə yaxın qüvvələr birbaşa Kremlin tapşırıqlarını yerinə yetirirlər.

Son baş verən proseslərə toxunan C. Abbaslı deyib:

“Bu qüvvələri hərəkətə gətirib, xüsusilə də Azərbaycanda QHT rəhbərlərinin Ermənistana səfərləri artıq onların yuxusunu ərşə çəkib ki, iki xalq arasında bu gediş-gəliş getdikcə bərpa olunacaq. Və bu o anlama gəlir ki, sülh müqaviləsi anbaan reallaşmaq üzrədir. Xüsusilə də avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında əldə olunan sülhdən öncə paraflanma sənədi də artıq onlara bəzi reallıqları qəbul etməyə imkan yaratdı”.

“Amma istənilən halda, Ermənistan cəmiyyəti daxilində bu tipli açıqlamalarla qarışıqlıq yaratmaq istəyirlər. Erməni xalqında Paşinyana qarşı nifrət oyatmağa çalışırlar. Və bilirlər ki, keçirilən seçkilər onu göstərdi ki, Paşinyanın hələ ki, seçkilərdə qələbə faizi yetərlidir. Hətta İkinci Qarabağ Savaşını uduzandan sonra belə, erməni xalqı ona dəstək verdilər. Bu revanşist qüvvələr reallığı qəbul edirlər ki, erməni xalqı artıq müharibə istəmir. Artıq valideynlər övladlarını qorumaq üçün bu müharibəyə qəti şəkildə qarşı çıxırlar. Onlar 2020-ci ildəki savaşın itkilərini unutmayıblar. Bütün bunların fonunda düşünürəm ki, Sarkisyanın müavini reallıqları dilə gətirib. Bu reallıqları isə hər kəs görür. Düşünürəm ki, proseslər gələcək baxımdan ancaq və ancaq Ermənistanın xeyrinə doğru hərəkət edir. Bu qüvvələrin də nə vaxtsa hakimiyyətə gəlmə imkanları olarsa, məhz bu münaqişə üzərindən hakimiyyətə gələ biləcəklərini zənn edirlər. Digər faktorlarla hakimiyyətə gələ bilməyəcəklərini yaxşı anlayırlar. Hesab edirəm ki, onların çabaları yetərsiz olacaq. Tezliklə onlar reallığı qəbul etməyə məcbur olacaqlar. Başqa yolları da yoxdur. Onlara bir mesaj vermək lazımdır ki, hakimiyyətə yenidən gəlmək istəyirlərsə, Qarabağ faktorunu arıtq arxa plana atıb başqa, Ermənistan daxilindəki problemləri gündəmə gətirib hakimiyyətə gəlməyə cəhd etsinlər”.

Fərda Uğur