Castin Timberleykin konsertində biabırçılıq: Ayaqyolunu bağlayıblar – FOTOLAR

Castin Timberleykin konsertində biabırçılıq: Ayaqyolunu bağlayıblar – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə Azərbaycana gələn Castin Timberleykin Bakı Olimpiya Stadionunda keçirilən konsertinin təşkilatçılığı ilə bağlı narazılıqlar davam edir. Belə ki, stadionda sanitar qovşaqların işləməməsi, “WC”lərin bağlı olması iştirakçılara çətin anlar yaşadıb.

Tribunainfo.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev bildirib.

 

 

“Dünən axşam Olimpiya stadionunda konsertdə oldum. Nisbətən yaxın vaxtlarda tikilmiş bu stadion Avropada oxşar qurğuların dəyərindən ölkəmizə üçqat baha başa gəlib. Castin Timberleykin arenada uzunmüddətli çıxışından əvvəl özümü bir az “sığortalamaq” qərarına gəlib, tualetə getmək istədim. Lakin stadionun daxilindəki sanitar qovşaqlar bağlı idi. Ən azı mənim olduğum 16-cı zonada məni ora buraxmadılar və yenidən çölə yönləndirdilər. Stadionun ətrafında isə çoxsaylı, bərbad vəziyyətdə olan plastik biotualetlər düzülmüşdü. Unitazın şəklini paylaşmaq istəmirəm – əsəblərinizi qoruyum. Sual olunur: Məgər on minlərlə insanın eyni anda stadion kompleksini ziyarət edəcəyini nəzərə alan layihədə normal və kifayət qədər sanitar qovşaqlar nəzərdə tutulmamışdımı? Bəs bu qədər gözəl memarlıq quruluşunun estetik görünüşünü niyə korlayıb ətrafına biotualetlər düzür, antisanitariya yaradırıq? Bu işdən kim qazanc götürür, bu vəziyyət kimə sərf edir? Çox təəssüf ki, belə müasir bir kompleksi normal, insani şəkildə istismar edə bilmirik. İstər interyerdə, istərsə də eksteryerdə gördüyüm saysız-hesabsız detallar bunu göstərirdi: tam baxımsızlıq və sahibsizlik göz önündə idi. Çəkib paylaşmadığım daha çox detallar vardı. Maraqlı konsert zamanı bunları düşünmək belə istəmirdim…” – o deyib.