11 illik fasilədən sonra Bakıda və İstanbulda konsert verən Castin Timberleyk səhnədə yaşadığı ağrı və yorğunluğun səbəbini ilk dəfə açıqlayıb.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, müğənni uzun müddətdir Laym xəstəliyi ilə mübarizə apardığını və bəzən ayaq üstə durmaqda çətinlik çəkdiyini açıqlayıb.
Timberleyk xəstəliyinə baxmayaraq qastrol səfərini yarımçıq qoymadığını bildirərək, “Pərəstişkarlarımın dəstəyi mənə güc verdi”, – deyib.
Dəniz Pənahova