“Caspian International Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 milyon manatdan çox vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24961369.89 AZN vergi borcu var. Nizamnamə kapitalı 10 manat olan “Caspian International Hospital” MMC-nin rəhbəri Cəbrayıl Abbasov Neymət oğludur.
Bir neçə ay əvvəl şirkətin baş direktoru Cəbiyev Fariz Musa oğlu olub. O, ötən ilin aprel ayında sözügedən xəstəxanının baş direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, “Caspian İnternational Hospital” Bakı şəhəri Səbail rayonu Badamdar, 1-ci yaşayış massivi, 31 ünvanında fəaliyyət göstərir.