“Casamia”ya protokol yazıldı – Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə

“Casamia”ya protokol yazıldı – Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Casamia” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu tərtib olunub.

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum MMC barədə protokolu İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.