Leykamiyadan əziyyət çəkən 12 yaşlı uşağın valideynləri tərəfindən TİA.AZ-a müraciətt daxil olub.
Leykamiyadan əziyyət çəkən 12 yaşlı uşağın valideynləri tərəfindən TİA.AZ-a müraciətt daxil olub.
Onlar övladlarının müalicəsi üçün Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edir. Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
“Bakı şəhəri, Sabunçu rayonu, Baıixanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 12, mənzil 39 ünvanında yaşayan Qurbanov Şair İman oğlu tərəfindən
Hörmətli Mehriban xanım!
Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun daima leykamiyadan (qan xərçəngindən) əziyyət çəkən uşaqlara dəstəyi və qayğısı həmişə bizim diqqət mərkəzimizdə olub.
Dövlətimiz tərəfindən qanın bədxassəli xəstəlikləri ilə mübarizə sahəsində vaxtaşırı müxtəlif işlər həyata keçirilmişdir. Buna nümunə olaraq, Respublika Talessemiya Mərkəzində uşaqlara pulsuz sümük iliyinin nəqli, qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli № 447 qərarı ilə təsdiq edilmiş “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nı, qan xəstəlikləri ilə bağlı olan xəstəxanaların müasirləşdirilməsi, tikilməsi və s. göstərmək olar.
Oğlum- Qurbanov Cahangirin 12 yaşı var. Cahangirə limfoblast leykoz L1 T hüceyrəli diaqnoz qoyulub. Cahangir 1 il B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə almasına baxmayaraq, vəziyyəti kəskinləşib, bununla əlaqədar Respublika Talassemiya Mərkəzinə köçürülüb və təcili olaraq sümük iliyi nəqlinə ehtiyac yaranıb.
Azərbaycan Respublikasında sümük iliyinin nəqlində donor qismində yalnız bacı və qardaş iştirak edə bilər. Cahangirin donorları donor qismində təssüflər olsun ki, uyğun gəlməyib və onun digər donorlara ehtiyacı yaranıb.
Azərbaycanda digər donorlardan sümük iliyi nəql edilmədiyi üçün ona sümük iliyinin nəqli xaricdə edilməlidir. Əgər sümük illiyinin nəqli 1-2 ay ərzində həyata keçirilməzsə, oğlum Cahangiri itirə bilərəm.
Sizdən bir ata olaraq xahiş edirəm ki, Cahangirədə bu həyatda yaşaması üçün dəstək olasiz”.
İlahə