19 və 18 yaşlı uşaqların yaralanmasına səbəb olan çanta məhkəmədə silah hesab edildiyi üçün saxlanılan şəxs həbs edilib.
Tribunainfo.az yazır ki, hadisə Türtkiyənin İzmir şəhərində yaşanıb. Belə ki, lift təmirçisi motosikletlə yüksək sürətlə hərəkət edən gəncləri dayandırmaq üçün çantasını onlara tərəf atıb. Çantanın gənclərə dəyməsi ilə 18 yaşlı Meken Akan və 19 yaşlı Cem Kayacan qəza edərək maşınla toqquşublar. İkisi də ağır yaralanan gənclərin qəza etməsinə və yaralanmasına səbəb olan Lift təmirçisi Cumali Meşə saxlanılıb.
O ilkin ifadəsində gənclərin motosikleti dəli kimi idarə etdiklərini bildirib:
“Qəza edəcəklər deyə qorxdum. Qorxutmaq üçün çantamı onlara tərəf atdım”.
C.Meşənin çantası məhkəmədə silah hesab edilib və onun 9 il həbsi tələb edilir.