Canni de Byazi jurnalistin bu sualına QƏZƏBLƏNDİ

Canni de Byazi jurnalistin bu sualına QƏZƏBLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib. 

İtaliyalı mütəxəssis əvvəlcə qələbə emosiyalarını bölüşüb.

– Yaxşı oyun göstərdik. Erkən qol vurduq. Rəqib fiziki yaxşı hazır idi. Dəyişikliklərə gəlincə, 3 oyunçumuzda sarı vərəqə var idi. Təhlükəli idi.

– Millimiz Avropa və dünya çempionatlarının seçmə mərhələsində 73 aydan sonra qələbə qazandı. Bunlardan yarıdan çoxu – 39 ayı sizin payınıza düşür. Statistika acıdı, ancaq şərhiniz maraqlıdı: bu tsikldə daha 1 qələbə qazanmaq potensialımız var?

– Ümid edirəm.

– Əvəzetmələr zamanı sanki Mahir və Rahil narazı idilər…

– Üç gündən sonra vacib oyunumuz var. 65-68 dəqiqə oynadılar. Bir daha qeyd edirəm ki, sarı vərəqələri var idi. Ola bilər qol vurmadıqları üçün narazı idilər.

– Qələbə gözəldir, amma millimiz çoxdandı belə zəif rəqiblə qarşılaşmırdı…

– (qəzəblənir). Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz…