Canlı brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya qəribə zəng gəlib. Ondan xahiş olunub ki, Rusiyanın Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatı şərh etməsin.
Bununla bağlı Rusiya mətbuatı və Teleqram kanalları məlumat və görüntü paylaşıb.
Xarici İşlər Nazirliyinin nümayəndəsi həmsöhbətə təşəkkür edib və brifinqi davam etdirib.
Bundan əvvəl Putinin mətbuat katibi Dmitri Peskov qitələrarası ballistik raketin Dneprə hücumu ilə bağlı şərh verməkdən imtina edib. Siyasətçinin fikrincə, bu cür suallar hərbçilərə ünvanlanmalıdır.
Qeyd edək ki, Rusiya ordusu bu gün səhər tezdən qitələrarası ballistik raketlərlə Dnepr şəhərinə zərbələr endirib./axar.az