Sosial şəbəkələrdə canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov məlumat verib.
O, bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.
“O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb”, – DİN rəsmisi qeyd edib.