Onun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir.
Onun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir.
TİA.AZ xəbər verir ki, söhbət 21 yaşlı Şamaxı sakini Elvin Qəniyevdən gedir. Ona “canlı təqvim” deyirlər. Təqvimin həm keçmiş, həm də gələcək illərinin günlərinin həftənin neçənci gününə düşdüyünü bir neçə saniyəyə deyir. O, bu bacarığını ilk dəfə 13 yaşında olarkən kəşf edib. Sinif yoldaşlarına nümayiş etdirəndə ona inanmayanlar da olub.
Elvin Qəniyev (istedadlı gənc): “Məktəbdə oxuyanda sinif yoldaşlarıma nümayiş etdirmişdim. Təəccüblənmişdilər”.
Elmira Qurbanova (istedadlı gəncin anası): “İlk öncə təəccübləndim. Sonra suallar verdim, gördüm düzdür. Sonradan mənim təqvimə baxmağa ehtiyacım qalmadı”.
2100-cü ilə qədər təqvimi hazırlayan Elvin istənilən vaxtın hansı günə düşdüyünü dəqiqliklə deyir. Hazırda Elvin peşə məktəbində kompyüter operatorluğu öyrənir. Arzusu isə aktyor olmaqdır. (ARB TV)