Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.
Tribunainfo.az xəbər verir ki, hadisə Real TV-nin “Sabaha Elnarə ilə” proqramında baş verib.
Belə ki, proqramda çıxış edən deputat Hikmət Babaoğlu və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev vacib mövzular ətrafında müzakirə aparırmışlar.
Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcıya özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.
Bir qədər sonra deputatın vəziyyəti yaxşılaşıb. Halının pisləşməsinə səbəb isə efir zamanı qan şəkərinin düşməsi olub.