Siqaret çəkmə istəyini aradan qaldırmaq üçün bir planın olması vacibdir. Narahat ola bilərsiniz, amma gözləməyə çalışın. Siqaret çəkmə istəyinin öhdəsindən gəlmək üçün edə biləcəyiniz şeylərin siyahısını tərtib edin. Tribunainfo.az “Bırakabilirsin”ə istinadən siqaretə ehtiyac duyduğunuz anda sizə kömək edəcək təklifləri təqdim edir:
Dəstək alın
Ailənizə, dostlarınıza siqareti atmağı planlaşdırdığınızı söyləyin və onlardan dəstək istəyin.
Siqareti tərgitməyin səbəblərini nəzərdən keçirin
Qohumlarınıza və dostlarınıza zəng edin və ya mesaj yazın. Böhranla təkbaşına mübarizə aparmaq lazım deyil. Sizi sevənlərdən necə dəstək alacağınızı öyrənin.
Böhranlar yalnız bir neçə dəqiqə davam edir! Böhran zamanı diqqətinizi yayındırmaq üçün bir yol tapın.
Məşğuliyyət tapın
Siqaret çəkmək istədiyiniz zaman dişlərinizi tez-tez fırçalayın. İçməli su siqaretin ən sağlam alternatividir.
Siqaret çəkilməyən ərazilərə gedin
Çəkmədikcə bədəninizdən toksinlər çıxır. Bol C vitamini alın. Saqqız çeynəyin. Meyvə suyu və ya bitki çayı için. Bol meyvə və tərəvəz yeyin.
Təslim olmayın
Siqaret çəkmə istəyinizi aradan qaldırmaq üçün nə lazımdırsa edin. Sizin üçün uyğun olanı tapana qədər müxtəlif üsulları sınamağa davam edin. Amma nə edirsiniz edin, siqaret çəkməyin. Bir nəfəs belə!
Dəniz