Türk professor Canan Karatay pomidorlarla əlaqəli təəccüblü şərhlər verib.
Türk professor Canan Karatay pomidorlarla əlaqəli təəccüblü şərhlər verib.
O, daha çox iyun və iyul aylarında istehlak edilən pomidorların bədəndə turşluğu və şəkəri daha da artdığını açıqlayıb.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor Karatay eyni zamanda yaşıl paxlada da çox miqdarda şəkər tapıldığını ifadə edib. Canan Karatay bu mövsümdə istehlak edilən pomidorların dərmanlı bir şəkildə böyüdüldüyünü, əkinçilik dərmanlarının da günümüzdəki xəstəliklərdən xərçəngin ən əhəmiyyətli tətikləyicisi olduğunu bildirdi. Pomidorların tamamilə süni olduğunu söyləyən Karatay, hazırda pomidorun mövsümü olmadığını, əsl pomidor mövsümünün sentyabr ayında olduğunu söyləyib: “Hər mövsüm bazara süni tərəvəzlərin çıxarılması çox təhlükəlidir. Mövsümündə yeyin deyirəm. İndi bir bağçanız varsa, pomidorların qızarmadığını görəcəksiniz, hələ də yaşıldı. Sentyabr ayında təbii pomidor alıb, qış üçün hazırlayın”.
İlahə