“Can verən körpəsini qucağında tutub, fəyad qoparırdı…” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə sosial şəbəkələrdə qucağında cansız körpəsini tutub fəryad edən meymunun fotoşəkili yayılıb.  

Bu günlərdə sosial şəbəkələrdə qucağında cansız körpəsini tutub fəryad edən meymunun fotoşəkili yayılıb. 

Kadrı təsadüfən Avanaş Lodxi adlı hind fotoqraf yaxalayıb. Fotoqraf qeyd edir ki, bu həyatında gördüyü ən əsrarəngiz və qandonduran hadisə idi:

“Can verən körpəsini qucağında tutub, fəyad qoparırdı. Mən gördüyüm təsvirdən yerimdə donub, qalmışdım. Həqiqətən ana sevgisi çox güclüdür. Sonda bilirsinizmi nə baş verdi? Körpə sanki anasının kədərinə dözməyib, özünə gəldi. Təəssüf edirəm ki, mən o anı da yaxalaya bilmədim”.

Hindistanın Mədhiyə-Praşdeş ştatında yaşayan peşəkar fotoqraf belə bir mənzərə ilə ilk dəfə rastlaşdığını bildirir. Avanaş qeyd edir ki, foroşəkil hazır olanda, 1 neçə saat dinmədən hərəkətiz bu kadra tamaşa edib.