“Can Holding”in rəhbəri həbs olundu – FOTO

“Can Holding”in rəhbəri həbs olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Respublika Baş Prokurorluğunun “Can Holdinq” və “Ciner Qrup”la bağlı apardığı istintaq çərçivəsində keçirilən ikinci dalğa əməliyyatı nəticəsində 11 nəfər həbs edilib, daha 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.

Tribunainfo.az xəbər verir ki, prokurorluğun məlumatına görə, araşdırma “cinayət təşkilatı yaratmaq”, “cinayət təşkilatını idarə etmək”, “cinayət təşkilatına üzv olmaq”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması” və “ağır fırıldaqçılıq” ittihamları üzrə aparılır.

İttihamlara əsasən, “Can Holdinq”lə əlaqəli şəxslər qanunsuz gəlirləri maliyyə sisteminə inteqrasiya etməkdə, yəni pul yuyulması əməliyyatlarında iştirak etməkdə şübhəli bilinir.

Sülh Cəza Məhkəməsinin qərarı ilə aşağıdakı şəxslər barəsində həbs qətimkan tədbiri seçilib:

Mehmet Remzi Sanver

Mehmet Kenan Tekdağ

Mehmet Sıddık Kaya

Emin Şahin

Nuh Zəfər Metin

Serap Özgür

Abdulselam Yıldız

Tuncay Şahin

Adnan Yıldız

Nurettin Paksoy

Mustafa Şahin

İş üzrə digər şübhəlilər – Şenol Akan, Cengiz Bingöl, Ərəfat Bingöl, Müslüm Çoqaç, Betül Can, Zuhal Can, Akın Makaracı, İsmail Kavak, Hakan Kalkan, Mithat Muharremoğlu, Kıyas Mustafaoğulları, Cesur Salık və Berkan Karacan haqqında məhkəmə nəzarəti qərarı çıxarılıb.

İstintaq çərçivəsində “Can Holdinq”in fəaliyyətində mənfəət məqsədi daşıyan cinayət təşkilatı elementlərinin olub-olmaması araşdırılır.

Milli.Az