“Biz təbii olaraq elə bir mərhələyə gəlmişik ki, Ermənistan uzun müddətdir nə regional dövlətlər, nə də böyük dövlətlər tərəfindən subyekt kimi qəbul edilmir”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert David Camalyan bildirib.
O deyib ki, Ermənistanın indiki rəhbərliyini heç kim ciddi qəbul etmir.
Camalyan hesab edir ki, Amerika tərəfi Ermənistandan güzəştlər gözləyir. “Qərbə erməni nəzarəti olmayan dəhliz, kommunikasiya lazımdır. Bu, Rusiyanın təcrid olunması, enerji daşıyıcılarına, regional kommunikasiyalara və Avropaya istiqamətlənməyə tam nəzarət etmək üçün lazımdır”.
Erməni ekspertin sözlərinə görə, Prezident İlham Əliyev cəsarətli davranışı ilə Qərbi borclu çıxarır. “Sadəcə, o, Rusiya ilə qarşıdurmadan qaçmağa çalışır. Çünki o, Heydər Əliyevin oğludur, diplomatik təcrübəsi, savadı var”.
Camalyan deyir ki, Prezident Əliyev Rusiya ilə münasibətləri böhranlı vəziyyətə salmır. “Onun üçün faydalı olan yerdə əməkdaşlıq edir. Rusiyanın müvəqqəti zəifliyindən Qarabağda olduğu kimi bu gün də ustalıqla istifadə edir”.