Camalyan: “Azərbaycan bax, bu yerdə dayanacaq”backend

Camalyan: “Azərbaycan bax, bu yerdə dayanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tavuşda 4 kəndin Azərbaycana qaytarılması Ermənistanın şimal-şərqdə müdafiə sisteminə böyük zərbə vuruub”. Tribunainfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.
O bildirib ki, həmin ərazilər Ermənistanın müdafiəsi üçün olduqca ciddi əhəmiyyətə malik olub. “Paşinyan hökuməti belə səhvə niyə yol verib, məlum deyil”.
Camalyan hesab edir ki, demarkasiya prosesinin bölgəyə sülh gətirəcəyinə inanmaq axmaqlıqdır. “Əksinə, bu, yeni təcavüzə gətirib çıxaracaq. Çünki Azərbaycan bir sıra istiqamətlərdə maksimumu əldə edib. Seqmental məntiqlə demarkasiya aqressiyanı qaçılmaz edir. Bu, sonsuz bir prosesdir, güzəştlər prosesi dayanmayacaq. Arazın, Naxçıvanın sahillərinə qədər gedəcək”.