“Azərlotereya” ASC ilə “Call Center” QSC arasında yaşanan məhkəmə çəkişməsi növbəti il də davam edəcək.
Tribunainfo.az xəbər verir ki, tərəflər arasında 3 aydır davam edən çəkişmə ilə bağlı növbəti proses 2025-ci ilin 16 yanvar tarixinə təyin edilib. Prosesdə iddiaçı qismində “Call Center” iştirak edir. QSC “Azərlotereya”nı məhkəməyə verib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Mübahisənin digər səbəbləri açıqlanmır.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İş hakim Günay Həşimovanın icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən “Azərlotereya”2001-ci ildə yaradılıb. İdarə Heyətinin sədri Osman Karakuşdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar