“İnsanlar çox aqressivdir. Yorğun məsələsi var. Ayağın bir az çölə çıxacaqsa, üşüyəcəksən. Sən üstünü elə ört ki, daim isti olsun”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov “Qapqara” şousunda deyib. Aktyor “Bu şəhərdə” tamaşası zamanı yazılan ssenarilərdən danışıb:
“Yazılan ssenari bizim özümüzə təsir etməsə, istədiyimiz olmasa, alınmaz. Elə bilirsiniz komediya, satiraya yanaşma asandır? Yox. Dramatik obrazları çeynəyərəm. Mənim üçün dramatik obrazı oynamaq su içmək kimidir. Amma komediyanı oynayıb, problemi satira ilə tamaşaçıya çatdırmaq çətindir. Sənə o qədər təsir etməlidir ki, onu tamaşaçıya çatdırasan, o da həm gülsün, həm düşünsün”.
Haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirən C.Rəhimov “Çalışıram oxumayım. Kimlərsə deyir, xəbər tuturam” sözlərini əlavə edib.
Övladları haqda suallara isə aktyor “Çalışırlar məni ağsaqqal kimi təqdim etsinlər. Amma çalışıram övladlarımla dost olum. Ancaq sərhədlərim də var. Övladlarım istedadlıdır. Çalışmışam onlar yaxşı təhsil alsın. Amma evdə bir aktyor bəsdir” cavabını verib.