“Məni ancaq şuşalılar başa düşə bilər. Bizə elə gəlirdi ki, buludlar arasında gəzirdik. Hər yer duman olurdu”.
“Məni ancaq şuşalılar başa düşə bilər. Bizə elə gəlirdi ki, buludlar arasında gəzirdik. Hər yer duman olurdu”.
TİA.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova “ATV maqazin onlarla” verilişində deyib.
Aktrisa Şuşa həsrəti çəkdiyini belə dilə gətirib:
“Ora qayıdacağım günü gözləyirəm, hamı kimi. Ümid edirəm ki, belə bir gün gələcək. Kinoteatr olan küçədə yaşayırdıq. Orada nə qədər oynamışam… Xarıbülbül gülü üçün darıxmışam. Maraqlısı o idi ki, qar əriyəndə nərgiz, bənövşə çıxırdı”.
Xeyli çəki atan F.Mütəllimova geyimlərindən danışıb:
“Hər il yayda arıqlayıram. Geyimlərimi isə özüm seçirəm. Məndə nəyisə nəyləsə uyğunlaşdırmaq bacarığı var. Çalışıram elə paltar geyinim ki, ancaq məndə olsun”.