İtaliya təmsilçisi “İnter”in formasını geyinən Hakan Çalhanoğlu yay transfer dönəmində barəsində çıxan “Fənərbağça” və “Qalatasaray” iddiaları ilə bağlı açıqlama verib.
Tribunainfo.az “Sportmediaset” nəşrinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Bolqarıstanla keçirdiyi oyundan sonra İtaliya mətbuatına danışan yarımmüdafiəçi yayılan transfer xəbərləri ilə bağlı qısa və konkret cavab verib: “Bu yay heç nə baş vermədi!”
Həmçinin İtaliya təmsilçisində özünü xoşbəxt hiss etdiyini də vurğulayıb: “Mən “İnter”in futbolçusuyam və burada olmaqdan məmnunam. Klubum üçün əlimdən gələni edirəm. Mənim üçün heç nə dəyişməyib. Ona görə də hər zamankı kimi əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, bu mövsüm “İnter” forması ilə 6 oyunda meydana çıxan Hakan Çalhanoğlu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat Kərimli