Çakryan: “Zəngəzur dəhlizinin hərbi-siyasi əhəmiyyəti var”

Çakryan: “Zəngəzur dəhlizinin hərbi-siyasi əhəmiyyəti var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz dəhlizlərdən və ya ərazi güzəştlərindən danışanda başa düşməliyik ki, bu, təkcə texniki məsələ deyil.  Bu konsepsiyanın dərin hərbi-siyasi əhəmiyyəti var”.

Tribunainfo.az xəbər verir ki, bunu  türkoloq Hakop Çakryan deyib.

Onun sözlərinə görə, siyasətdə “Nəsə verirsənsə , əvəzində nəyisə alman təbiidir” şərti vacibdir. “Əgər siz yol verməyə razısınızsa, bunun müqabilində təhlükəsizlik zəmanətləri, iqtisadi və ya siyasi faydalar almalısınız. Təəssüf ki, Ermənistanda bu məntiq bəzən özünü doğrultmur”.

Çakryan onu da qeyd edib ki, Ermənistanın parçalanma riski var. “Ermənistan parçalansa və ya dağılsa, bu dərhal İranın şimalına təsir edəcək. Orada yeni bir Azərbaycan dövlətinin yaranma ehtimalı var”.

O yekunda bildirib ki, Rusiyanın Qafqazda mövcudluğu, ilk növbədə,Türkiyə və Azərbaycanın qeyri-müəyyən müddətə öz təsirini genişləndirməsinin qarşısını almağa yönəlib.

Fərda Uğur