“Ermənistan və Azərbaycanın sazişi paraflayacağı heç kimin ağlına da gəlməzdi, amma bu baş verdi”.
Tribunainfo.az xəbər verir ki, bu qənaətə erməni Türkoloq Akop Çakryan gəlib.
O qeyd edib ki, sərhədlərin açılması bu dəfə proses daha ciddi qəbul oluna bilər. “Buna səbəb Ermənistan və ya Türkiyənin təşəbbüsü deyil, yeni dünya düzəninin formalaşmasıdır”.
Onun iddiasına görə, “Trampın təşəbbüsü ilə imzalanmış sənədlərdə Zəngəzur dəhlizindən bəhs edilmir. “Bu vacibdir, çünki amerikalılar prosesə nəzarət edirlər. Bu isə Moskvanın yeni müharibəyə başlamaq imkanlarını məhdudlaşdırır. Əliyev də narazı deyil, hətta prosesdən kifayət qədər razıdır”.
Fərda Uğur