“Cahil və savadsızlar…” – Nadir Qafarzadə tənqidlərə cavab verdi

“Cahil və savadsızlar…” – Nadir Qafarzadə tənqidlərə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nadir Qafarzadə ünvanına yazılan tənqidlərə cavab verib.

Tribunainfo.az xəbər verir ki, bir müddət əvvəl Rusiyaya gedən zaman hava limanında 3 saat gözləyən sənətçi sosial şəbəkədə paylaşımına mənfi rəy yazanları tənqid edib. O bildirib ki, Rusiyada hava limanında insanların gözlətdirilməsi bütün ölkələrdən gələn insanlara şamil edilir:

“Savadsız, cahil, dünya görüşü sıfır olanlar ağzına gələni yazır. Onlarla azərbaycanlı oluruq? Yox… Mən o insanla azərbaycanlıyam ki, əxlaqı, dünyagörüşü var. Cəmiyyətə yararlıdır. 11 milyonluq xalqıq, nə olsun? Çox az sayda normal insan var. Allah bəzilərini yaradıb ki, yer üzü boş qalmasın.

Burada problem Azərbaycanla bağlı deyil. Kim sərhədi keçirsə, yoxlanış olur, barmaq izi götürülür. Müharibə şəraitində olan ölkədir. Qaydalar da budur. Bir ölkəyə gəlmisənsə, qaydaya əməl etməlisən. Damla xanım gələndə çox rahat keçib, gedib, sonra da qayıdıb Bakıya. Məni də tək yox, hamı ilə birlikdə saxlamışdılar”.