Cahid Şahbazovun köməkçisindən gözlənilməz AÇIQLAMA

Cahid Şahbazovun köməkçisindən gözlənilməz AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılması ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb. Məlumatda qeyd olunub Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Cahid Şahbazovla əlaqə saxlamağa cəhd edib.

Sualları oftalmoloqun özü yox, köməkçisi Gülər xanım cavablandırıb. O qeyd edib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

“Həkim özü açıqlama vermək istəmir, amma bunu bildirim ki, Cahid Şahbazova cinayət işi açılmayıb. Bu, doğru məlumat deyil. O xəbəri kim, niyə yazıb, bilmirik. Xəbəri kopiyalayıb yayırlar, amma dəqiqləşdirmirlər”.