AAAF Park yaşayış mərkəzinin sakinləri etiraz aksiyası keçirir.
AAAF Park yaşayış mərkəzinin sakinləri etiraz aksiyası keçirir. AzEuroNews.com-un məlumatına görə, sakinlərin aksiyasına səbəb mənzillərinin qazının kəsilməsi, liftlərin neçə gündür işləməməsi, eyni zamanda istiliyin verilməməsidir.
Saytımıza məlumat verən AAAF sakinlərinin sözlərinə görə, mərkəzin rəhbərliyi onları dinləmək istəmir, hər fürsətdə onlardan qaçır.
“Amma xidmət haqqı gələndə qapının ağzını kəsdirirlər. Belə dərd olar? Biz bu qədər pulu verdik ki, qazsız, liftsiz, istiliksiz yaşayaq? Bu qədər milyardlarla nə ediblər bəs?” deyə AAF sakinlərindən biri məlumat verib.
AAAF sakinləri bildirib ki, qaz, istilik və lift problemi tezliklə həll olunmasa Prezident Administrasiyası qarşısında aksiya keçirəcəklər.
Məlumat üçün qeyd edək ki, AAAF İnşaat AZAL prezidenti Cahangir Əsgərova və Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan Cahangir Hacıyevə bağlılığı var. MMC adındakı AAAF abreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir.
Şirkətin Cahangir Hacıyevə bağlılığı isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib.
TİA.AZ