AZAL sərnişinlərin çemodanlarına qənim kəsilib. Səfərə gedib gələnlərin çemodanları təyyarə bağajlarına yola salınarkən məsuliyyətsizlik edilir, sahibinə qırıq olaraq təhvil verilir.
Tribunainfo.az yazı ki, bu problemlə üzləşənlərdən biri də jurnalist Aygün Muradxanlıdı. Şikayətinin sosial şəbəkədə yazan jurnalist xanım bildirib ki, AZAL onun artıq ikinci çemodanıdır ki, sındırıb, yararsız vəziyyətə salıb:
“Bu, oktyabrdan bəri AZAL-ın sındırdığı ikinci çemodanımdır. Hər dəfə hava limanının yerüstü xidmətləri bir dənə kağız verir ki, buyurun, qeydiyyata alındı, sizə dəyən ziyan ödənəcək. AZAL adama pul ödəyər???
Oktyabrdan sınan çemodan üçün inadına bəlkə 45-50 dəfə zəng elədim verdikləri nömrəyə. Ya qulağıma mahnı çaldı, ya da kimsə dedi ki, qeydiyyata alınıb, sizə zəng edəcəyik. O zəng gəlməmiş, ikinci ziyanı da vurdular. Bu dəfə əl çəkən deyiləm. İndilik ən böyük arzum bənövşəyi çemodanların Cahangirin burnundan gəlməsidir”.
Jurnalist sonra AZAL-dan istifadə edənlərə məsləhət də verib:
“Sizə isə əziz dostlar, məsləhət görürəm ki, dünyanın ən böyük quldur şirkətlərindən olan AZAL-dan istifadə eləsəz, yola həsir zənbillə çıxın”.
Tribunainfo.az