“Cahan” MMC-ni yüksək miqdarda cərimə gözləyirbackend

“Cahan” MMC-ni yüksək miqdarda cərimə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin ən tanınmış biznes sektorlarından olan “Cahan AS Compny” MMC ilə bağlı cərimə porotokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Cahan” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, burada olduqca yüksək məbləğdən söhbət gedir.
Nizami Rayon Məhkəməsində olan işə 21 iyun tarixində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.

Nigar