“Cahan AVM” bu qaydanı pozub – Külli miqdarda cərimə gözləyirbackend

“Cahan AVM” bu qaydanı pozub – Külli miqdarda cərimə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Cahan AVM” (Alış-Veriş Mərkəzi) MMC Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik Qaydaları əleyhinə olan (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 7500 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.
İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatındadır.
Qeyd edək ki, “Cahan AVM” MMC-nin qanuni təmsilçisi Məmmədov Yusif Pirqulu oğludur.
Xatırladaq ki, “Cahan AVM” MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur. “Cahan AVM”də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir.
Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Burada fəaliyyət göstərən ofislər “Cahan AVM”in satınalma bölməsinin sifarişləri əsasında mal tədarükü ilə məşğul olurlar.