Çağırış yaşı ilə bağlı mühüm açıqlama

Çağırış yaşı ilə bağlı mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif edilir. Bu barədə müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Xatırladaq ki, SSRİ-nin son dönəmlərində hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27 olub. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra da bu müddəanı dəyişmədi. Amma müstəqillik əldə edildikdən 11 il sonra, 2002-ci ildə 27-dən 35-ə qaldırıldı. Bu addımın atılmasına əsas səbəb kimi 1990-cı illərdə hərbi xidmətdən yayınmış vətəndaşların hərbi xidmət keçməsinə şərait yaratmaq olduğu açıqlamışdı.

“Çağırış yaşının 30 endirilməsindən həm dövlət udacaq, həm də vətəndaş”. Tribunainfo.az bildirir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov öz sosial şəbəkə hesabında paylaşım edib.

Ekspertin fikrincə, bununla da dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcək:

 

“Hərbi xidmətlə bağlı Milli Məclisdə müzakirə edilən dəyişikliklər – yaş həddinin 35-dən 30-a endirilməsi, hərbi xidmət müddətinin 1,5 ildən 1 ilə endirilməsi və digər dəyişiklər qəbul edilərsə, bundan kimsə uduzmaz: dövlət də udar, vətəndaş da.

 

Əksinə, kəmiyyət göstəriciləri üzrə olan dəyişiklik dövlətə imkan verəcək ki, bunu keyfiyyət göstəricilərinin daha da yüksəltməsinə çevirsin. Ən azı, dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, bu da həmin vəsaitin daha effektiv istifadəsinə imkan verəcək.

 

Ölkə vətəndaşlarına gəlincə isə, bu az qala hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcəkdir. Odur ki, həm dövlət üçün, həm də vətəndaşlar üçün bu dəyişiklikləri önəmli hesab edir və birmənalı olaraq dəstəkləyirəm”.

 

İqtisadçı ekspert Natiq Cəfərli də Facebook hesabında qeyd edib ki, çağırış yaşının 30 yaşa endirilməsi təklifi yaxşı xəbərdir. Ekspert məsələnin müsbət tərəflərini bu cür izah edib:

 

“- Azərbaycan yarı-peşəkar, Türki ordu modelinə keçir, proses bitmək üzrədir, ərazi bütövlüyümüz də tam bərpa edilib daha çoxsaylı orduya ehtiyac yoxdur;

 

-Dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir;

 

– Sülh müqaviləsi də qapıdadır;

 

– Çox güman, “ödənişli əsgərlik”, məsələsi də gündəmə gələcək;

 

-Qardaş Türkiyə ilə imzalanmış “Şuşa Bəyannaməni” NATO-nun 5-ci maddəsi kimidir, hətta, ondan da güclüdür, çünki, NATO-nun 5-ci maddəsi deyir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır. Şuşa sənədinə görə isə Türkiyəyə hücum olsa Azərbaycan, Azərbaycana təhlükə olsa Türkiyə həmən müdafiə üçün hərəkətə keçir. Bu sənəd də əsgər sayının azalmasına xidmət edir”.