“Cabir İmanovun heç bir xəstəliyi olmayıb”

“Cabir İmanovun heç bir xəstəliyi olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəbəri elə indicə aldım. Çox pis oldum. Olduqca ağır xəbərdir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri ya açıqlamasında Əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, mərhumun heç bir xəstəliyi olmayıb: “Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib, çaşdım. Onun səhhətində heç bir problem yox idi, cavan adam idi. Onun nə yaşı var idi axı… Cabirin dayısı da belə qəfildən, infarktdan vəfat etmişdi. Düz 11 il biz birlikdə çalışmışdıq. O qədər gözəl insan idi ki… Çox üzüldüm”.

Qeyd edək ki, C.İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.

“Qafqazinfo”