Cabbarlının həbsinin gizlinləri, xanımı Sonaya yazdığı təsirli məktub – FOTOLAR

Cabbarlının həbsinin gizlinləri, xanımı Sonaya yazdığı təsirli məktub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moderator.az  böyük Azərbaycan maarifçi-dramaturqu Cəfər Cabbarlı haqqında maraqlı faktı təqdim edir.

 

95 il əvvəl, 1923-cü il iyun ayının 14-dən 15-nə keçən gecə 15 nəfər gizli “İstiqlal”çılarla bərabər böyük ədibimiz Cəfər Cabbarlı da “Azçeka”  tərəfindən həbs edildi. 202 saylı orderi Azçekanın sədri Mir Cəfər Bağırov imzalamışdı. Orderdəki imzanın mürəkkəbi qurumamış qərarı dərhal Jukov və Danilov (yan) icra etdi. Gənc Cəfər həbs edilərkən bütün əsərlərinin əlyazması da müsadirə olundu. “Bakı müharibəsi” (1919), “Araz çayı” (1923) kimi milli ruhda yazdığı dram əsərləri, bir sıra şeir və hekayələri də aparılan əlyazmalar içərisində idi.

Bu gün Cəfər Cabbarlının sovet rejimi tərəfindən həbs edilməsinin yalnız 95 illik “yubiley”i deyil, həm də onun bir sıra əsərlərinin Azçeka tərəfindən “Qətl günü”dür.

Cabbarı həbsxanada olarkən evləri qarət edilmiş, hətta bu barədə qəzetlərdə məlumat da verilmişdi…

Qəribədir, gənc Cəfər bir gün Həbsxanadan həyat yoldaşı Sona xanıma yazdığı bir qeyddə ona 200 milyon rubl göndərilməsini xahiş edir. Bugünkü Azərbaycan insanını təccübləndirə biləcək bu rəqəm təbii ki, o vaxtın qəpik-quruşu idi. Nəzərə alsaq ki, o vaxt 2 qəpiklik “Kommunist” qəzetinin bir nüsxəsinin qiyməti 2 milyon idi, onda təmənnasında olunan məbləğin iri bir rəqəm təşkil etmədiyi barədə aydın təsəvvür yaranar… O zaman pul əskinasları qəzet kağızından da ucuz idi… Bütövlükdə insan həyatının, sənətkar taleyinin ucuzlaşdığı, dəyərdən düşdüyü istila dövrü idi…

Qeyd: Moderator.az dəyərli fakta görə, filologiya elmləri doktoru, Cabbarlı irsinin araşdırıcısı Asif Rüstəmliyə təşəkkür edir. Həmçinin, aşağıdakı fotolar da alimin arxivindəndir. 1) Cabbarlının həbsi barədə order; 2) Sona xanıma yazdığı məktub