BVF Azərbaycanda inflyasiya proqnozunu yenilədi

BVF Azərbaycanda inflyasiya proqnozunu yenilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti iki il ərzində tədricən artacağını gözləyir.

Tribunainfo.az xəbər verir ki, son proqnoza əsasən, ölkədə istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə 4,5 faiz təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə inflyasiya 2,2 faiz səviyyəsində qiymətləndirilir.

Milli statistika da bahalaşmadan xəbər verir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artıb.

Qiymət artımı bütün əsas kateqoriyalar üzrə qeydə alınıb: ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,7 faiz, qeyri-ərzaq məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 7,4 faiz bahalaşıb.

Trend