Buzovnada itlər 3 yaşlı uşağa hücum ediblərbackend

Buzovnada itlər 3 yaşlı uşağa hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 6-da Buzovnada yerləşən çimərliklərdən birində dəhşətli anlar yaşanıb. Tribunainfo.az xəbər verir ki, “Əli Ayağı” deyilən ərazidən enərkən birinci çimərlikdə sahibsiz itlər 3 yaşlı uşağa hücum ediblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, çimərlikdə dolaşan bir dəstə it davamlı olaraq, azyaşlılara hücum ediblər. Onların qarşısını almaq üçün ərazidə olan insanlar müdaxilələri sayəsində hər hansı bədbəxt hadisə qerydə alınmayıb.
Hadisə şahidlərindən biri danışır: “Çimərliyin adı yoxdur. “Əli Ayağı” ziyarətgahından düşən kimi, ilk çimərlikdir. Sahibsiz itlər sürü ilə gəzirlər. Əvvəlcə, insanların əyləşdikləri “besedka”dakı kiçik ev itinə hücum çəkdilər. Camaatın müdaxiləsi ilə onları ayırmaq mümkün oldu. Lakin az keçmədi ki, 3 yaşlı uşağa hücum çəkərək, onu dişləməyə cəhd etdilər. Valideynləri və ətrafdakı insanların müdaxiləsindən sonra təhlükəni sovuşdurmaq mümkün oldu”.
Çimərlik sahibi isə bildirib ki, onlar da yaranmış vəziyyətdən narahatdırlar. “Dəfələrlə “Toplan”a müraciət etmişik. Onlar hər dəfə gələndə, ərazidə bircə dənə də olsun it tapmaq olmur. Sanki qabaqcadan bilirlər hər şeyi. Onlar gedən kimi, yenidən peyda olurlar. İndicə baş verən hadisədən sonra yenidən “Toplan”a müraciət etdik. Gözləyirik, gəlsinlər, itləri ərazidən toplasınlar”.