Buxari Nigeriyada prezident seçkilərində qalib gəldi

Buxari Nigeriyada prezident seçkilərində qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın hazırkı prezidenti Məhəmməd Buxari ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Nigeriyanın Seçki Komissiyasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: “”APC” partiyasından Məhəmməd Buxari qanunun tələblərini yerinə yetirərək və ən çox səs toplayaraq qalib elan edilir və yenidən seçildi”.

Qeyd edilir ki, M.Buxari 15 milyon səs toplayaraq ən yaxın izləyicisini 4 milyon səs qabaqlayıb.