Bütün universitetlər Bakıdan bu regionlara köçürülməlidir – TƏKLİF

Bütün universitetlər Bakıdan bu regionlara köçürülməlidir – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitetlərin tamamı niyə Bakıda olmalıdır ki?! Kampusu olmayan Universitet nəyə lazımdır ki?! BDU-dan başqa (tarixdəki yerinə, simvolizmə görə), bütün Universitetlər regionlara, əsasən də, Qarabağa, Şərqi Zəngəzura köçürülməlidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlə REAL Partiyasının sədrli Natiq Cəfərli bildirib. O qeyd edib ki, başqa yol yoxdur, işğaldan azad edilmiş bölgələrimizin inkişafı da buna bağlıdır:

“Xankəndindəki model, Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tədbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün Universitetlər və torpağa milkiyyət məsələsi həll edilməlidir – yoxsa indiki model işlək olmayacaq.

Universitet şəhəryaradan müəssədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır. Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa, investisiya qoyub Universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq”.

Gülşən Rəsul