İyunun 1-dən Sumqayıt Şəhər Təcili Yardım Stansiyası da daxil olmaqla ölkə üzrə bütün Təcili Yardım Stansiyaları “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nə birləşdiriləcək.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı artıq qərar verilib. Qərara əsasən, respublika üzrə bütün Təcili Yardım Stansiyaları bir mərkəzdə birləşdiriləcək.
Bu prosesə qədər isə “103” xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bu mərkəzdə birləşdirilib.