Bütün smartfonlar barmaq izi ilə təchiz olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir texnologiyalarda smartfonların əksəriyyəti barmaq izi skaneri ilə təchiz edilib.
 Müasir texnologiyalarda smartfonların əksəriyyəti barmaq izi skaneri ilə təchiz edilib. Hər il bu sistem daha təkmilləşdirilərək mükəmməl forma almağa davam edir. Yaxın gələcəkdə “ağıllı telefonlar”a tələbat olduqca artacaq.
Publika.az xəbər verir ki, 2018-ci ildə bazara buraxılacaq milyardlarla smartfonlar barmaq izi skaneri ilə təchiz ediləcək.
Hazırda texnologiya nəhəngi hesab olunan “Samsung” şirkəti barmaq izi skaneri ilə təchiz edilmiş smartfonların tədarükü üzrə liderliyi öz əlində saxlayıb. Ardıcıllıqda “Apple” ikinci, “Huawei” isə üçüncü yerdə qərarlaşıb.
Barmaq izi skanerləri artıq müxtəlif şirkətlərin istehsalı olan smartfonlarda tətbiq edilən standart aparat funksiyasına çevrilir. Bu funksiyanın sürətli yayılması rəqəmli ödəniş və mobil bankçılıq kimi xidmətlərlə izah edilir.
Təkmilləşdirilmiş barmaq izi skaneri 3D şəkillərini yaratmağa imkan verən ultrasəs texnologiyasına əsaslanır. İstehsalçılar hesab edir ki, bu daha təhlükəsizdir. Barmaq izi skanerləri yalnız telefonun blokdan çıxarılması və ödənişlərin həyata keçirilməsi üçün deyil, həm də kamera, qalereya və başqa proqramları idarə etmək üçün istifadə edilir.