Bütün pensiyalar artırılacaq – AÇIQLAMA

Bütün pensiyalar artırılacaq – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti ildə bütün pensiyalar artacaq”.

Tribunainfo.az  xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında söyləyib.

O qeyd edib ki, bu artım kateqoriyadan asılı olaraq fərqli olacaq:

“Ölkəmizdə 1 milyon 103 min nəfər pensiyaçı var. Onların 65 faizi yaşa görə, 23 faizi əlilliyə görə, 12 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Gələn il bütün kateqoriyalara aid pensiyalarda artım olacaq, ancaq hər bir kateqoriya üzrə artım səviyyəsi eyni deyil. Məsələn, bu il orta aylıq pensiya 10 faiz artaraq 538 manata çatıb. Bu isə əvvəlki illə müqayisədə orta aylıq əmək haqqının 49 faizinə bərabərdir. Eyni zamanda, minimum pensiya məbləği bu ilin yanvarın 1-dən 320 manata qaldırılıb ki, bu da 14,3 faizlik artım deməkdir”.

E.Əmirov qeyd edib ki, növbəti ildə artım pensiya məbləğlərinin indeksasiya edilməsi əsasında baş verəcək:

“Yəni hər il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılır. Deməli, gələn il əmək pensiyalarının nə qədər indeksləşəcəyi bu il orta aylıq nominal əmək haqqının artım tempindən asılı olacaq. Bu il həmin artım tempi təxminən 8-10 faiz civarındadır. Bu isə o deməkdir ki, növbəti ildə də pensiyaların 8-10 faiz həcmində indeksləşdirilməsi gözlənilir”.