Heç də nadinc uşaqların hamısı hiperaktiv deyil. Nitqində problem olan uşaqların da hamısı autizmdən əziyyət çəkmir. Pulunuzu, əsəbinizi, vaxtınızı boşuna xərcləməyin.
Tribunainfo.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, yaxşı olar ki, uşaqla əvvəlcə valideynlər özləri məşğul olsunlar:
“Davranış qaydalarını uşaq evdə öyrənməlidir. 3 yaşına qədər uşaqlarla daim danışmaq lazımdır. Bütün günü əlində telefon olan uşaq danışmayacaq. Bəli, sizi eşidəcək, amma danışmayacaq. Çünki danışmaq üçün dil “işləməlidir”. Telefon isə buna mane olur!”.
Nigar