backend

Bütün bina sakinləri MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində bir şəxsin etdiyi səhvin əvəzini binada yaşayan 448 kirayənişin ödəyib. 

Çində bir şəxsin etdiyi səhvin əvəzini binada yaşayan 448 kirayənişin ödəyib.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məhkəmə binada yaşayan 448 kirayənişini aşağı atılan butulkadan zərər çəkən ikiyaşlı qızın valideynlərinə kompensasiya ödəməyə məcbur edib.

Bədbəxt hadisə baş verən vaxt qız həyətdə oynayırmşış. Aşağı atılan butulka onun başına dəyib. Qız zərbədən şüurunu itirərək, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ailəsi onun müalicəsinə 80 mindən çox yuan xərcləyib.

Valideynlər butulkanı məhz kimin atdığını aydınlaşdıra bilməyiblər. Bundan sonra ailə binada qalan 448 kirayənişinin 300 min yuan məbləğində kompensasiyanın ödəməsi tələbi ilə məhkəməyə müraciət edib.

Məhkəmə qərara gəlib ki, onlardan hər biri 360 yuan kompensasiyanı ödəməlidir. Kirayənişinlər məhkəmənin qərarı ilə razılaşıblar.