“Butatelecom.Az” MMC-yə rabitə qaydaları əleyhinə olan (Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə görə telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Yasamal Məhkəməsində Murad Məmmədovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 19 mart 2024-cü il, saat 14:00-a təyin edilib.