Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə məsələyə münasibətim çox sadədir.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə məsələyə münasibətim çox sadədir.
Bu sözləri TİA.AZ-a açıqlamasında Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvi ilə bağlı verdiyi qərarı şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya qanunlarının nəzərdə tutduğu müəyyən icraatı həyata keçirməyib:
“Konqresə xəbərdarlıq ediblər. Lakin onlar yerinə yetirməyib. Bundan sonra konqresin qeydiyyatı ləğv olunub. Onları güllələməyiblər və ya bir şey etməyiblər. Zəhmət çəkib, pozuntuya yol verməzdilər. Burada hardasa ədalət, düşmənçilik, erməni izi axtarmaq lazım deyil. Bu, azərbaycanlıların adətən öz işlərinə səhlənkar yanaşmasının nəticəsidir”.
İlahə