Bunu etməsəniz göz xərçənginə tutula bilərsiniz

Bunu etməsəniz göz xərçənginə tutula bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay aylarında günəş şüaları göz sağlamlığına mənfi təsir göstərə bilər. Uzun müddət günəş işığına məruz qalmaq gözlərinizə düşündüyünüzdən daha çox zərər verə bilər.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Oftalmoloq Op. Dr. Burcu Usta Uslu, “Yayda dünyaya çatan ultrabənövşəyi, yəni günəş radiasiyasının miqdarı qışa nisbətən 3 dəfə çoxdur. Bu səbəbdən də bu mövsümdə göz sağlamlığına diqqət yetirilməli və hava buludlu olsa da günəş eynəyi taxılmalıdır. Əslində günəşin zərərli təsirlərini minimuma endirmək üçün günəş eynəklərindən istifadəyə uşaqlıqdan başlamaq lazımdır”, – deyən həkim, günəşin zərərli təsirlərindən qorunmaq üçün 5 tövsiyə verib.

Bu səbəblə xüsusilə; “Daim açıq havada işləyənlər, çöldə çox vaxt keçirən uşaqlar, refraktiv və ya katarakt əməliyyatı keçirənlər, torlu qişa xəstəliyi olanlar mütləq keyfiyyətli gün eynəklərini seçməlidirlər.

1. Günəşə birbaşa gözlə baxmaq olmaz.

2. Ultrabənövşəyi şüalardan qoruyan eynəklər seçilməlidir. Keyfiyyətli günəş eynəklərinin əksəriyyəti ultrabənövşəyi şüaların 95-99 faizini süzür.

3. Zərərli şüalar təkcə göydən bizə çatmır, həm də ətrafımızdan əks olunaraq gözlərimizə zərər verir. Bu səbəbdən üzü qapalı və üzünü örtən gün eynəklərinə üstünlük verilməlidir.
5. Mümkünsə, günəşin ən yüksək olduğu saat 10.00-16.00 arasında günəş altında çox vaxt keçirməmək lazımdır.