“ BUNU ELƏ ÖLKƏDƏ EDİRLƏR Kİ, SİNİF OTAQLARINDA KONDİSİONER OLUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda təhsil ilinin müddətini 15 gün uzadıblar. Bunu elə ölkədə edirlər ki, sinif otaqlarında kondisioner olur. 

“Azərbaycanda təhsil ilinin müddətini 15 gün uzadıblar. Bunu elə ölkədə edirlər ki, sinif otaqlarında kondisioner olur.

 Uşaqlar valideynlərin büdcəsi hesabına məktəbə getmir, servisdən istifadə edirlər”.

Bu fikri Milli Məclisin deputatı Fazil Mustafa Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.

Deputat təhsil sistemindəki islahatları təqdir etsə də, bəzi narazılıqlarını da bildirib. O həmçinin, ali məktəblərə qəbul prosesinə də toxunub. Deputat bildirib ki, 600-700 bal toplayan gənclər ölkədəki 3-4 ali məktəbi seçir, qalanları xaricə üz tutur.

F. Mustafa bildirib ki, Azərbaycanda universitetə qəbul prosesi asanlaşdırılmalı, lakin bitirmək, diplom almaq qismən çətinləşdirilməlidir. Bu dünya praktikasında da belədir: “Məsələn, Azərbaycandan gedib Türkiyədə təhsil alanlar var ki, 7 ilə universiteti bitirə bilmir”.


İlahə